NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR 65 FAKT AŞKAR EDİLMİŞDİR
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gömrükçülərin digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində gördükləri tədbirlər nəticəsində 2005-ci ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar aşkar edilmiş 65 fakt üzrə 159 kiloqram 161 qram narkotik (2004-cü illə müqayisədə 3 dəfə çox), o cümlədən 9 kiloqram 915 qram tiryək, 143 kiloqram 613 qram marixuana, 5 kiloqram həşiş, 631,9 qram heroin, 2 min 781 ədəd psixotrop maddə (ampul, kapsul və həb şəklində) müsadirə olunmuşdur.
Bundan əlavə, gömrük orqanları əməkdaşlarının təşəbbüsü ilə sərhədyanı ərazilərdə yabanı halda bitən 20 min 579 (9,8 tondan çox) çətənə kolu məhv edilmişdir.