Narkotiklərlə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yeni çap məhsulları hazırlanıb
Bakı, 20 iyun, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.27 yarımbəndinin icrası ilə əlaqədar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədilə yeni üslubda zəruri əyani təbliğat materialları çap edilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı çap məhsullarının təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə kütləvi şəkildə paylanılması nəzərdə tutulur.