NASOS STANSİYASI YENİDƏN QURULMUŞDUR
Təzyiqli su qülləsindəki nasos stansiyasının yenidən qurulması Kürdəmir şəhərində əhalinin 25-30 faizinin içməli su ilə təminatını yaxşılaşdırmışdır. Stansiyada su xətləri dəyişdirilmiş, elektrik avadanlığı təzələnmiş, dəmir-beton döşəmə salınmışdır. Burada 2 ədəd elektrik nasosu quraşdırılmışdır ki, nəticədə şəhərdaxili kəmərlərə sutkada 300 kubmetr su vurulur.
Kürdəmir Su-Kanal İdarəsinin rəisi Ağasahib Nuriyev AZƏRTAC-ın müxbirinə demişdir ki, nasos stansiyasının yenidən qurulmasına 15 milyon manat vəsait sərf olunmuşdur.