NATO BAŞ KATİBİNİN SABİQ MÜAVİNİNİN CƏSƏDİ TAPILMIŞDIR
Polisin nümayəndələri bildirmişlər ki, 72 yaşlı Merrillin cəsədi Çesapik körfəzində aşkar edilmiş və qohumları tərəfindən tanınmışdır. Cəsədin məhz nə vaxt tapıldığı açıqlanmır. Bununla yanaşı, onlar qeyd etmişlər ki, Merrillin hansı şəraitdə həlak olması indiyədək aydınlaşdırılmamış qalır. Onun ölümünün ən ağlabatan səbəbini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir.
Filip Merrill 1990-92-ci illərdə NATO-nun Brüsseldəki iqamətgahında təşkilatın baş katibinin müavini olmuşdur. Bunadək təxminən 10 il ABŞ Müdafiə Nazirliyinin rəhbərliyində müşavir işləmişdir. O, Dövlət Departamentində və Ağ evdə də müxtəlif vəzifələrdə çalışmışdır. Dövlət qulluğundan getdikdən sonra “Capital-Gazette Communications” nəşriyyat qrupuna başçılıq etmişdir. Bundan başqa, bank sektorunda işləmiş, xeyriyyəçiliklə, mesenatlıqla fəal məşğul olmuşdur.