NATO-nun Baş katibi: Bu mənim sonuncu səlahiyyət müddətimdir
Bakı, 31 avqust, AZƏRTAC
NATO-nun Baş katibi Yens Stoltenberq səlahiyyət müddətini daha uzatmaq fikrində olmadığını bildirib.
AZƏRTAC xəbər verir ki, bunu Yens Stoltenberq CNN-ə müsahibəsində deyib.
"Bəli, bu mənim sonuncu səlahiyyət müddətimin uzadılmasıdır", - deyə Baş katib vurğulayıb.
Qeyd edək ki, bu ilin iyulun 4-də NATO ölkələri Stoltenberqin səlahiyyətlərinin bir il - 2024-cü il oktyabrın 1-dək uzadılması barədə razılığa gəliblər. Bu qərar NATO-nun iyulun 11-12-də Vilnüsdə keçirilən sammitində ən yüksək səviyyədə təsdiq edilib. Bu, Stoltenberqin səlahiyyət müddətinin altıncı dəfə uzadılmasıdır. NATO Baş katibinin adi səlahiyyət müddəti dörd ildir. Norveçin keçmiş baş naziri bu kürsüyə 2014-cü il oktyabrın 1-də oturub. Beləliklə, onun 10 illik səlahiyyəti alyansa 13 il - 1971-ci ildən 1984-cü ilə kimi rəhbərlik etmiş hollandiyalı Yozef Lunsdan sonra NATO-nun tarixində ən uzun müddətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:41]
Yaponiyada ayı təhlükəsi səbəbindən 94 məktəb bağlanıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]