NATO Ukraynada “qeyri-müharibə” missiyası yaratmağa hazırlaşır
Bakı, 3 aprel, AZƏRTAC
NATO ölkələrinin xarici işlər nazirləri aprelin 3-4-də Brüsseldə keçiriləcək iclasda Ukrayna Silahlı Qüvvələrinin təlimi və maddi-texniki təminatı ilə məşğul olacaq “qeyri-müharibə” missiyasının formalaşdırılmasını müzakirə edəcəklər.
AZƏRTAC xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bu barədə “Polskie Radio” radiostansiyasının efirində deyib.
“Görüşdə, həmçinin Ukraynaya dəstək üçün NATO missiyasının formalaşdırılması imkanları müzakirə ediləcək”, - deyə Radoslav Sikorski bildirib. Onun sözlərinə görə, NATO missiyası hərbi əməliyyatlarda iştirak etməyəcək.
Bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron 20-yə yaxın Qərb dövlətinin nümayəndələrinin iştirakı ilə Parisdə keçirilən görüşdə Ukraynaya mümkün hərbi missiyanın göndərilməsi məsələsinin qaldırıldığını, lakin bununla bağlı konsensus əldə olunmadığını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]