RƏSMİ XRONİKA
NAXÇIVAN ƏYLƏNCƏ-İDMAN MƏRKƏZİNİN AÇILIŞI
![NAXÇIVAN ƏYLƏNCƏ-İDMAN MƏRKƏZİNİN AÇILIŞI](/files/2008/2/1200x630/14864531424395524809_1200x630.jpg)
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 3-də Naxçıvan şəhərində Əyləncə-idman mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
Əllərində ulu öndərin və Prezident İlham Əliyevin portretləri olan şəhər sakinləri dövlətimizin başçısını və xanımını alqışlarla qarşıladılar. Mehriban xanıma gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzlə tanışlıq zamanı bildirlidi ki, müasir standartlara cavab verən mərkəz oyun və bar salonlarından ibarətdir. Burada eyni vaxtda 200 nəfərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Türkiyədən gətirilmiş xüsusi işıq və səs sistemləri quraşdırılmışdır. Oyun salonu da lazımi avadanlıqla təchiz olunmuşdur. Burada iki bilyard stolu, futbol və xokkey oyunları masaları qoyulmuşdur. Muxtar respublikada ilk boulinq salonu da burada yaradılmışdır. Dörd oyun xətlik boulinq sistemi ABŞ-dan gətirilmişdir. Sistemə kompyuter vasitəsilə nəzarət mümkündür. Əyləncə mərkəzinin yerləşdiyi ərazidə yaşıllaşdırma işləri aparılmış, oturacaqlar quraşdırılmışdır.
Sonra Prezident İlham Əliyev salonlara baxdı, bilyard oynadı.
######
![]() |
![]() |
![]() |