Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

Ötən il qədim diyarda keçirilən çoxsaylı mühüm tədbirlər bunu bir daha təsdiq edir.

Naxçıvan, 9 yanvar, AZƏRTAC

Azərbaycanın qədim guşəsi olan Naxçıvan diyarı müxtəlif sivilizasiyaların, mədəniyyətlərin kəsişdiyi geostrateji baxımdan çox əhəmiyyətli bir bölgədə yerləşir. Beş min illik şəhər mədəniyyətinə malik olan, milli dəyərlərimizin yaşadıldığı Naxçıvan bu gün mədəniyyətlərarası dialoqun formalaşmasında önəmli rola malikdir. Blokada şəraitində yaşamasına baxmayaraq, bütün sahələrdə böyük nailiyyətlərə imza atan muxtar respublikanın sürətli sosial-iqtisadi, mədəni inkişafı, burada yüksək səviyyədə nəhəng infrastrukturun qurulması onu həm də beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevirib. Qədim diyarın şanlı tarixinə “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” kimi daxil olan 2016-cı ilin ümumi mənzərəsinə nəzər yetirdikdə bir daha bunun şahidi oluruq.

Naxçıvan dünyanın idman xəritəsində də özünün layiqli yerini tutub, beynəlxalq yarışların keçirildiyi məkana çevrilib, bu sahədə şöhrət qazanıb. Burada hər ilin may ayında ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş beynəlxalq idman tədbirlərinin keçirilməsi artıq ənənə halını alıb. Hər il dünyanın müxtəlif ölkələrindən onlarla tanınmış idmançı yarışlarda iştirak etmək üçün Naxçıvana gəlir, Azərbaycan qonaqpərvərliyinin şahidi olurlar. Qədim diyara səfər edən idmançı ikinci dəfə də bura gəlmək arzusunda olur.

Muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş beynəlxalq şahmat festivallarının keçirilməsi də artıq ənənə halını alıb. Dünyanın müxtəlif ölkələrindən şahmatçıların Naxçıvanda keçirilən bu festivalda iştiraka can atması bir daha sübut edir ki, yarışlara maraq ilbəil artır. Festivallar dünyanın müxtəlif ölkələrindən gəlmiş şahmatçılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə, şahmatçıların böyük yarış təcrübəsi əldə etməsinə şərait yaradır.

Ötən il mayın 10-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan - 2016” Beynəlxalq Şahmat Festivalının açılışı olub. Üç yarımqrupda keçirilən beynəlxalq turnirdə 350-dən çox şahmatçı iştirak edib. Onlar arasında dünya və Avropa çempionu olmuş şahmatçılar, beynəlxalq qrossmeysterlər, beynəlxalq usta və FİDE ustaları da olub. Mayın 18-də “Naxçıvan - 2016” Beynəlxalq Şahmat Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika Paralimpiya Federasiyasının təşkil etdiyi Paralimpiya İdman Festivalı isə mayın 13-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilib. Futzal, ağırlıqqaldırma, yüngül atletika, qolbol, boccia paralimpiya idman növləri üzrə keçirilən yarışların sonunda qaliblərə kubok, diplom və mükafatlar təqdim olunub. Əsl idman bayramına çevrilən festivalda Milli Paralimpiya Komitəsinin, İran İslam Respublikasının və muxtar respublika Paralimpiya federasiyalarının, ümumilikdə, 106 məşqçi və idmançısı iştirak edib.

Mayın 21-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında Avropa çempionatına start verilib. Mayın 28-də başa çatan yarışda 21 ölkədən 200-ə yaxın atlet medallar uğrunda mübarizə aparıb.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Karate Federasiyasının və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təşkilatçılığı ilə noyabrın 15-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş karate üzrə beynəlxalq turnir keçirilib. Şərur Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycan və Naxçıvan Muxtar Respublikasının komandaları ilə yanaşı, Türkiyə, Gürcüstan və İran komandaları da mübarizə aparıblar.

Naxçıvanda bir sıra sahələr üzrə əldə edilən qabaqcıl təcrübə beynəlxalq təşkilatların diqqətini bölgəyə cəlb edib. Mayın 18-20-də Naxçıvan şəhərində “Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəçilik üzrə bilik və bacarıqlarının artırılması” mövzusunda milli təlim keçirilib. Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə reallaşdırdıqları sərhəd idarəçiliyi layihəsi çərçivəsində keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları iştirak ediblər. Layihə üzrə tərəf müqabili Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (ICMPD) beynəlxalq ekspertləri sərhəd idarəçiliyi sahəsində dünyada əldə edilən ən son nailiyyətlər və beynəlxalq aləmdə gedən proseslər barədə iştirakçılara ətraflı məlumat verib, müasir sərhəd idarəçiliyi modelləri barədə danışıblar. İyulun 29-da isə Naxçıvan Biznes Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə 30 iyul - İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününə həsr olunan beynəlxalq konfrans keçirilib.

Regionun informasiya və mədəniyyət mərkəzinə çevrilən muxtar respublikada keçirilən beynəlxalq mədəni tədbirlər həmişə böyük maraqla qarşılanır. Mayın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Əlincəqala” tarixi abidəsində “Naxçıvan - bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub. Qədim diyarımızın zəngin tarixi və bu günü ilə səsləşən gözəl mədəniyyət və sənət bayramı olan festivalda 7 ölkədən 52 iştirakçı təmsil olunub. Naxçıvanın simvoluna çevrilən Haçadağ, Əlincəqala rəssam təxəyyülünə məxsus çalarlarla iştirakçıların qəlbinə yol tapıb. Rəssamlar sehrli fırçaların, rənglərin dili ilə düşüncələrini ifadə etməyə nail olublar. Mayın 27-də Heydər Əliyev Sarayında festivalda iştirak edən rəssamların əsərlərindən ibarət sərgi təşkil edilib.

Naxçıvan torpağı Azərbaycan xalqının tarixini yaşadan abidələrlə zəngindir. Muxtar respublika ərazisində 1200-dən çox tarixi abidə pasportlaşdırılıb ki, onların da yarıdan çoxu dünya və ölkə əhəmiyyətli abidələrdir. Bu gün Naxçıvandakı qalalar barədə tədqiqatların aparılması tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qalalar təkcə sığınacaq yeri, mühafizə və ya müdafiə tikilisi deyil. Qalalar bu ərazidə yaşayan əcdadlarımızın həyat tərzini, dini inanclarını, dövlətçilik ənənələrini, mədəniyyətini və memarlıq sənətini özündə yaşadan mədəniyyət nümunələridir. İyulun 9-10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Naxçıvan” Universitetində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransda bu barədə maraqlı elmi məruzələr dinlənilib. Vurğulanıb ki, son illər Naxçıvanda qədim tarixi abidələrin, xüsusilə qalaların bərpa olunması bu ərazidəki zəngin mədəni irsi qorumaqla yanaşı, həm də bəşəriyyət tarixinin öyrənilməsinə xidmət edir. Keçmişlə gələcək arasında körpü yaradan Naxçıvan qalaları mübarizlik və qəhrəmanlıq tarixindən soraq verir.

Noyabr ayının 17-də daha bir elmi əhəmiyyət kəsb edən tədbir olub. Naxçıvan Dövlət Universitetində “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı ikigünlük beynəlxalq elmi simpozium keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi və İqdır Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb. Simpoziumda qeyd olunub ki, türk dünyasının ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan ərazi baxımından kiçik olsa da, bura min illərin tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələr ilə zəngindir. Muxtar respublika ərazisindəki mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər tarixin dərin qatlarından xəbər verir. Bu tarixi və mədəni zənginliyin nəticəsidir ki, Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Şərqlə Qərbi birləşdirən mühüm ticarət mərkəzlərindən biri olub. “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpoziumun məhz Naxçıvanda keçirilməsi bu qədim diyarın keçmişdə olduğu kimi, bu gün də türk tarixinin coğrafiyasında, müxtəlif əlaqələrin qurulmasında mühüm rol oynadığını bir daha təsdiq edir.

Ötən ilin son günlərində Naxçıvan Muxtar Respublikasında beynəlxalq əhəmiyyətli hadisə baş verib. Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayıb. Bu qatarın fəaliyyətə başlaması Azərbaycan ilə İran arasında əlaqələrin inkişafının bir göstəricisi olmaqla yanaşı, eyni zamanda, xalqlar arasında yaxın münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir. Bu gün ticarət-iqtisadi əlaqələrin genişlənməsinin nəticəsi olaraq Naxçıvandan İrana müxtəlif sənaye və ərzaq məhsulları, elektrik enerjisi ixrac olunur. Öz növbəsində İrandan da ərzaq, tikinti məhsulları və digər mallar alınır. Şübhəsiz ki, ticarət-iqtisadi əlaqələrin genişlənməsində sahibkarların müstəsna rolu var. Dekabrın 29-da Naxçıvan Biznes Mərkəzində keçirilən Azərbaycan-İran Biznes Forumunda hər iki tərəfdən sahibkarların iştirakı qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açıb.

Ötən il Naxçıvanda keçirilən bütün tədbirlər istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə maraqla izlənilib. Bunun əsas səbəblərindən biri də bu idi ki, həmin tədbirlərdə beynəlxalq ictimaiyyəti maraqlandıran, onların diqqətini cəlb edən məsələlər gündəmdə olub. Tədbirlər media və internet vasitəsilə geniş kütlələrə çatdırılıb. Tədbirlərin xarici ölkələrdən olan iştirakçıları bir daha vurğulayıblar ki, artıq ənənə halını alan beynəlxalq tədbirlər Naxçıvanda ən yüksək səviyyədə təşkil edilir. Bütün bunları nəzərə alaraq demək olar ki, beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşan Naxçıvan təcrübəsi nümunə təşkil edir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər