Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binası istifadəyə verilib

Naxçıvan, 27 may, AZƏRTAC

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, üçüncü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov tədbirə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, ikinci dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev açılışı bildirən lenti kəsiblər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Ələkbərov deyib ki, muxtar respublikada miqrasiya sahəsində dövlət idarəçiliyinin həyata keçirilməsi, qarşıya qoyulan vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün miqrasiya proseslərinin tənzimlənməsində və idarə olunmasında qabaqcıl beynəlxalq təcrübə öyrənilərək tətbiq olunur. Yeni inzibati binanın istifadəyə verilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Binada əməkdaşların fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlıq edən Fazil Ələkbərov bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasında səylərini artıracaqlarını bildirib.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev çıxış edərək deyib ki, ölkəmizin sosial-iqtisadi inkişafı, geosiyasi mövqeyi, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər dünyanın müxtəlif yerlərindən Azərbaycana miqrasiya edənlərin sayının artmasına səbəb olub. Bu gün Azərbaycan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilib və miqrasiya prosesləri dinamik xarakter alıb. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə Dövlət Miqrasiya Xidməti yaradılıb və bu sahədə qanunvericilik bazası formalaşdırılıb. Artıq ölkəmizdə bu sahədə müasir informasiya texnologiyaları tətbiq olunub, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının xidmətə elektron qaydada müraciət imkanı yaradılıb. Firudin Nəbiyev Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarına gələcək işlərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 5 illiyi və xidmət üçün yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ölkəmizdə bütün sahələrin inkişafına qayğı göstərilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təşkili də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bu xidmət sahəsinin yaradılması Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının nəticəsidir. Artıq Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır, yoxsulluq səviyyəsi 5 faizin altındadır. Azərbaycan dünyanın cəlbedici ölkələri sırasına yüksəlmiş, ölkəmizə gələn əcnəbi və miqrantların sayı artmışdır. Bütün bunlar da Dövlət Miqrasiya Xidmətinin yaradılmasını zərurətə çevirmişdi.

Ali Məclisin Sədri deyib: Dövlətçilik həyatında 5 il qısa bir müddətdir. Ötən 5 ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin formalaşdırılması, müasir tələblərə cavab verən bina ilə təmin edilməsi, qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən tədbirlər mühüm əhəmiyyətə malikdir. Bu bir daha Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərində qurulduğunu təsdiq edir. Artıq yaradılmasından qısa müddət keçməsinə baxmayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti qarşıda duran vəzifələri uğurla icra edir, bu sahədə çalışan əməkdaşlar dövlətin mənafeyini etibarlı şəkildə qoruyur, eyni zamanda əcnəbi vətəndaşların muxtar respublikada qanuni fəaliyyətini təmin edirlər.

Bunlar möhkəm dövlətçilik ənənələri, iqtisadi inkişaf və sabitlik yaranan ölkələrdə mümkündür. Bu gün Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ənənələri üzərində inkişaf etdirilir. Ölkəmizdə iqtisadi inkişaf və sabitlik vardır. Ona görə ki, Ulu Öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur.

Ali Məclisin Sədri deyib: Naxçıvan uzun illərdir blokada şəraitində yaşayır. Ona görə də muxtar respublikaya miqrantların gəlməsi təəccüblü görünə bilər. Lakin bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın iqtisadi inkişafı fonunda inkişaf edən Naxçıvan Muxtar Respublikasına qonşu ölkələrdən gələn miqrantların sayı ilbəil artır. Bu da Naxçıvanda miqrasiya tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir. Bu gün dünyada baş verən proseslər, bəzi ölkələrdə terror hadisələrinin törədilməsi bu sahədə ciddi tədbirlərin həyata keçirilməsini, xüsusilə də miqrasiya proseslərinə nəzarətin artırılmasını zəruri edir. Ölkəmizdə bu sahə üzrə qəbul edilmiş qanunvericilik bazası muxtar respublikada da miqrasiya sahəsində qarşıya qoyulan vəzifələrin hüquqi qaydada həyata keçirilməsinə təminat verir.

Ali Məclisin Sədri deyib: “Miqrasiya” sözü latın dilindən tərcümədə “köçmə, yerdəyişmə” deməkdir. Yəni insanların bir ərazidən digər əraziyə köçməsini ifadə edir. Bu cür yerdəyişmələr həm xoşməramlı, həm də digər məqsədlər üçün ola bilər. Ona görə də miqrasiya xidmətinin qarşısında mühüm vəzifələr durur. Kollektiv, ilk növbədə, qanunsuz miqrasiyanın qarşısını almalı, əcnəbilərin yaşayış yeri üzrə qeydiyyatını aparmalı, iş icazəsi verməli və onların qanunlara əməl etmələrinə nəzarəti həyata keçirməlidir. Bundan başqa Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları çalışmalıdırlar ki, əcnəbilər qanunlara əməl etməklə yanaşı, həm də Azərbaycan Respublikasının tarixini, mədəniyyətini və dilini də öyrənsinlər.

Ali Məclisin Sədri miqrasiya xidməti əməkdaşlarının bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, muxtar respublikada miqrasiya proseslərinin idarə olunması sahəsində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərəcəklərinə əminliyini bildirib, kollektivi və muxtar respublika əhalisini qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbrik edib.

Sonra bina ilə tanışlıq olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada 71 otaq vardır. Burada qeydiyyat şöbəsi, kitabxana-tədris, server və kompyuter, növbətçi, xüsusi vasitələrin saxlanması otaqları, iclas zalı, arxiv, yeməkxana, iş və xidmət otaqları yerləşir. Otaqlar müasir avadanlıqlar və kompyuter dəstləri ilə təmin olunub.

Birinci mərtəbədəki qeydiyyat şöbəsində müraciət edənlərin rahatlığı üçün lazımi şərait yaradılıb. Sənədlərin qəbulu prosesi elektron növbəlilik prinsipi ilə həyata keçirilir. Bunun üçün gözləmə zalında xüsusi avadanlıq quraşdırılıb. Həmçinin burada elektron məlumat köşkü də qoyulub. Elektron köşk vasitəsilə miqrasiya xidmətinin müxtəlif sahələrinə aid 3 dildə həm yazılı, həm də səsli formada məlumat verilir. Xidmətin internet saytı vasitəsilə də elektron müraciət və məlumatları qəbul etmək mümkündür.

Binada mərkəzi server sistemi qurulub, Vahid Miqrasiya Məlumat Sistemi yaradılıbdır. Miqrasiya sahəsinə nəzarəti gücləndirən bu sistem vasitəsilə muxtar respublikada baş verən miqrasiya proseslərini bir mərkəzdən idarə etmək, qeyri-qanuni miqrasiya ilə mübarizə, eləcə də təhlükəsizlik tədbirləri həyata keçirmək mümkündür. Həmçinin Vahid Miqrasiya Məlumat Sistemi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin fəaliyyətlərini qanunvericiliyə uyğun olaraq nəzarətdə saxlamağa imkan verir.

Fondunda 1200 ədəbiyyat olan kitabxana-tədris otağında xidmət əməkdaşlarının bilik və bacarıqlarının, eləcə də peşəkarlıq səviyyəsinin artırılması üçün bütün imkanlar mövcuddur. Burada miqrasiya sahəsinə aid kitablarla yanaşı, ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi və dövlətçilik fəaliyyətindən bəhs edən kitablar, həmçinin bədii və tarixi ədəbiyyatlar, elmi-publisistik materiallar da yerləşdirilib. Kitabxana-tədris otağında quraşdırılan elektron lövhə əməkdaşların elektron kitabxanalardan və digər resurslardan səmərəli istifadəsinə şərait yaradır.

Ali Məclisin Sədri kitabxana-tədris otağında əcnəbilər üçün müxtəlif maarifləndirici dərslərin təşkil olunmasının vacibliyini vurğulayıb və bununla bağlı tapşırıqlar verib.

Kompyuter otağında internetə çıxışı olan 7 kompyuter dəsti quraşdırılıb. Burada müvəqqəti və daimi yaşama vəsiqələrinin hazırlanması və çapı həyata keçiriləcəkdir. 120 yerlik geniş iclas zalı və müşavirə otağı isə müasir multimedia vasitələri ilə təchiz edilib. Bu da miqrasiya məsələləri ilə bağlı müxtəlif tədbir və yığıncaqların keçirilməsinə, eləcə də video-konfransların təşkilinə imkan verəcəkdir. Arxiv otağındakı kompyuterlər elektron arxiv proqramı ilə təmin edilib. Hazırda bu proqramın köməkliyi ilə bütün məlumatlar həm də elektron formada bazada saxlanılır.

Binada müasir rabitə və mühafizə sistemləri yaradılıb, nəzarət-müşahidə kameraları quraşdırılıb, həyətdə abadlıq işləri aparılıbdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub