Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması ilə bağlı tədbirlər uğurla icra olunur

Naxçıvan, 21 may, AZƏRTAC

Əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramının icrası

uğurlu nəticələrə yol açır

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında əhalinin məşğulluğunun təminatı xüsusi yer tutur. Qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, bu istiqamətdə zəruri tədbirlərin uğurla reallaşmasına da yeni imkanlar açır. Muxtar respublikada da mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” xüsusi yer tutur.

Bu ilin ötən dövründə 126 yeni iş yeri açılıb, 570 yeni iş yerinin açılması

istiqamətində işlər davam etdirilib

Dövlət proqramında 36 bənddən ibarət tapşırıqlar nəzərdə tutulub. 2020-ci ilin ötən dövründə qarşıya qoyulan vəzifələrin icrası sahəsində tədbirlər davam etdirilib, muxtar respublikanın əmək bazarı təhlil olunub, boş iş yerlərinin müəyyənləşdirilməsi məqsədilə vergi orqanlarında qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslər haqqında məlumatlar toplanılıb, müəssisələr üzrə boş iş yerləri məşğulluq mərkəzləri tərəfindən qeydiyyata alınıb. Dövlət maliyyə dəstəyi hesabına 107, özəl investisiya qoyuluşu hesabına 19 olmaqla, ümumilikdə, 126 yeni iş yeri açılıb. Eyni zamanda, 495-i dövlət maliyyə dəstəyi, 75-i özəl investisiya qoyuluşu hesabına olmaqla, 570 yeni iş yerinin açılması istiqamətində də işlər davam etdirilib. Nəticədə, 2020-ci ilin ötən dövründə 569 nəfər məşğulluq xidməti orqanları tərəfindən qeydiyyatda olan vakant iş yerlərinə göndərilib. İşə göndərilənlərin 168-ni gənclər, 165-ni qadınlar, 10-nu isə sağlamlıq imkanları məhdud şəxslər təşkil edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilmiş müsabiqələr vasitəsilə 135 nəfər müvafiq vəzifələrə təyin olunub. Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası istiqamətində hərbi xidmətdən tərxis olunan 5 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin edilib.

Sahibkarlara 12 milyon 856 min manat həcmində kreditlər verilib

Davamlı iqtisadi inkişafın təmin edilməsində kiçik və orta biznesin əsas hərəkətverici amilə çevrilməsi iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Muxtar respublikada son illərdə kiçik və orta sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması üçün dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilməkdədir. Ötən dövrdə də bu tədbirlər davam etdirilib, muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən Naxçıvan şəhəri üzrə 1 hüquqi şəxsə 3 milyon 200 min, 1 fiziki şəxsə 26 min, Şərur rayonu üzrə 10 fiziki şəxsə 121 min 400, Babək rayonu üzrə 8 fiziki şəxsə 75 min, Ordubad rayonu üzrə 3 fiziki şəxsə 19 min, Culfa rayonu üzrə 2 fiziki şəxsə 9 min, Şahbuz rayonu üzrə 2 fiziki şəxsə 26 min, Kəngərli rayonu üzrə 4 fiziki şəxsə 84 min, Sədərək rayonu üzrə 1 fiziki şəxsə 8 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Bu sahədə banklar və digər kredit təşkilatları tərəfindən 7 milyon 260 min manat sənaye, 3 milyon 592 min manat kənd təsərrüfatı, 1 milyon 251 min manat ticarət, 30 min manat tikinti, 723 min manat nəqliyyat və rabitə sahəsinə olmaqla, ümumilikdə, 12 milyon 856 min manat həcmində kreditlər verilib.

Kredit vəsaiti və özəl investisiya qoyuluşu hesabına

37 layihənin yaradılması başa çatdırılıb

Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Dövlət proqramının icrası istiqamətində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz muxtar respublikada məşğulluğun artırılması məqsədilə yerli resurslara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin yaradılması üçün müvafiq tədbirlərin həyata keçirilməsidir. Bu məqsədlə ötən dövrdə muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondunun kredit vəsaiti və özəl investisiya qoyuluşu hesabına 37 layihənin yaradılması başa çatdırılıb, 47 layihənin yaradılması istiqamətində işlər davam etdirilib. Dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində qaynaq çubuğu, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, unlu-qənnadı məmulatları istehsalı sahələrinin yaradılması, Babək rayonunda meyvə-tərəvəz məhsullarının qablaşdırılması, meyvə araqlarının istehsalı, Kəngərli rayonunda mebel istehsalı sahələrinin genişləndirilməsi, eləcə də özəl investisiya qoyuluşu hesabına 3 müəssisənin yaradılması başa çatdırılıb.

21 təsərrüfata 155 min manat dövlət maliyyə dəstəyi göstərilib

Muxtar respublikada istehsal olunan keyfiyyətli məhsullar ölkəmizdə və dünyada brend məhsul kimi qəbul olunur. Bu sahədə ailə təsərrüfatlarının da rolu danılmazdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi uğurlu nəticələrin qazanılmasına və əhalinin məşğulluğunun təmin olunmasına, ən əsası isə istehsal olunan məhsulların keyfiyyətinin və çeşidinin artmasına səbəb olmuşdur”.

Bu gün muxtar respublikada yaradılan çoxsaylı ailə təsərrüfatları əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verən kiçik təsərrüfat birlikləri kimi diqqəti cəlb edir. Ailə təsərrüfatlarının üstün xüsusiyyətləri ondan ibarətdir ki, kənd yerlərində məskunlaşan ailələrin istehsal etdikləri məhsullarla həmin ailələrin həm öz istehlak tələbatlarının müəyyən bir qismi ödənilir, həm də artırılan təsərrüfat məhsullarını satmaq və ya dəyişdirmək yolu ilə gəlir əldə edilir. Ailə təsərrüfatlarının gələcəkdə kiçik sahibkarlıq subyektlərinə çevrilməsinin stimullaşdırılması sahəsində dövlət maliyyə dəstəyinin göstərilməsi önəmli rol oynayır. Ötən dövrdə ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, əhalinin məşğulluğunu artırmaq sahəsində əlavə imkanlar yaratmaq məqsədilə 21 təsərrüfata 155 min 500 manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.

Əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilir

Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri də, şübhəsiz ki, muxtar respublikanın kəndlərində əhalinin məşğulluğunun artırılmasıdır. Dövlət proqramı təsdiq edildiyi gündən bu sahədə də mühüm nailiyyətlər əldə olunub. Belə ki, kəndlərdəki xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, qadın gözəllik salonu və dərzi sexlərinin kadrlarla təminatı istiqamətində işlər görülüb və bu işlər davam etdirilməkdədir. Ötən dövrdə də qeyd olunan sahələrdə vakansiyalara uyğun çalışmaq istəyənlər müəyyənləşdirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşələr üzrə kurs təşkil olunub, xidmət mərkəzlərində 3 bərbər, 5 bərbər-manikürçü və 1 dərzi olmaqla, ümumilikdə, 9 nəfər işlə təmin edilib.

Peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Muxtar respublikada da iqtisadiyyatın inkişafı və sosial bərabərliyin təmin edilməsinə nail olmaq üçün bu sahəyə xüsusi önəm verilir. Dövlət proqramının icrası ilə bağlı əmək bazarının tələblərinə uyğun peşə hazırlığı təşkil edilərkən xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması diqqətdə saxlanılır, milli və xalq tətbiqi sənəti növlərində kurslar keçirilir. Ötən dövrdə peşə təhsili müəssisələrində turizm agenti, qazanxana maşinisti, gözətçi, bərbər, bərbər-manikürçü, dərzi, arıçı, kompüter istifadəçisi peşələri üzrə təşkil edilmiş 10 kursu 232 müdavim bitirib. Milli və xalq tətbiqi sənəti növləri üzrə peşə kurslarının təşkili məqsədilə xalçaçı kursuna 19 nəfər cəlb edilib. Kənd əhalisinin xalq yaradıcılığı sahəsinə marağının artırılması diqqət mərkəzində olub, Şərur rayonunun Cəlilkəndində yerləşən “Buzxana” Kompleksində xalçatoxuma sahəsinin fəaliyyəti davam etdirilib. Mədəniyyət evləri və klubların 14 əməkdaşı üçün xalçaçılıq sahəsi üzrə 3 aylıq peşə kursu təşkil edilib. Ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə onlara əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi üçün 1108 şagirdlə görüşlər keçirilib.

Özünüməşğulluğun təmin edilməsi üçün 87 aztəminatlı ailəyə dəstək verilib

Dövlət proqramının əsas istiqamətlərindən biri də sosial cəhətdən həssas əhali qruplarının yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsidir. Bu kateqoriyadan olan şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir. Ötən dövrdə Naxçıvan şəhəri, Babək, Ordubad, Culfa rayonları üzrə dövlət və özəl müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olanların, işə düzəlməkdə çətinlik çəkənlərin işlə təmin olunması üçün kvota yerləri ayrılıb, bu kateqoriyadan olan 2 nəfər kvota yerlərinə işə göndərilib. Eyni zamanda, sosial layihələrin reallaşdırılması da mühüm əhəmiyyət kəsb edib, özünüməşğulluğun təmin edilməsi, fərdi təsərrüfatların yaradılması, inkişaf etdirilməsi üçün 87 aztəminatlı ailəyə müvafiq dəstək göstərilib, əvvəlki dövrlərdə özünüməşğulluq proqramına cəlb edilmiş 2 nəfərə yaradılmış təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyi üçün kənd təsərrüfatı avadanlığı verilib. Culfa rayonunda sağlamlıq imkanı məhdud 1 fiziki şəxsə tingçilik təsərrüfatının yaradılması məqsədilə 4 min manat, Sədərək rayonunda sosial qayğıya ehtiyacı olan 1 fiziki şəxsə meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi məqsədilə 8 min manat dövlət maliyyə dəstəyi göstərilib. Sağlamlıq imkanları məhdud və evdar qadınların müvəqqəti məşğulluqlarının təmin edilməsi məqsədilə sosialyönümlü layihələrin icrası davam etdirilib, 8 sağlamlıq imkanı məhdud qadın səməni becərilməsi ilə bağlı sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilib.

Qeyd olunanlar onu deməyə əsas verir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası bu sahədə daha böyük uğurların qazanılmasına imkan verəcəkdir.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər