Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının təminatı ümumi inkişafın əsasını təşkil edir

Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının təminatı ümumi inkişafın əsasını təşkil edir

Naxçıvan, 18 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.

Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilib. Dövlət başçısı tərəfindən 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edib.

Muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mühüm islahatlar həyata keçirilir

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mühüm islahatlar həyata keçirilir. Dövlət başçısının “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin edib. Belə ki, Fərmanın qəbul edilməsindən ötən dövr ərzində məhkəmə orqanlarının maddi-texniki bazası möhkəmləndirilib, Müvəkkil təsisatının fəaliyyəti təmin edilib, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə Penitensiar Xidmətin fəaliyyəti təkmilləşdirilib, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsi üçün vəkillik institutunun hüquqi statusu müəyyən edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2006-cı ildə muxtar respublikada insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatı yaradılıb. Ötən dövrdə təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılıb, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş dəyişikliklərlə təsisatın səlahiyyətləri daha da artırılıb. Həyata keçirilmiş bu tədbirlər insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət edir.

Məşğulluq təmin edilir, sosial qayğıya ehtiyacı olan vətəndaşlar diqqətdə saxlanılır

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada işsizliyin aradan qaldırılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində uğurlu tədbirlərin həyata keçirilməsi cari ildə də davam etdirilir. Belə ki, muxtar respublikada ailə təsərrüfatlarının yaradılması onların maddi rifah halının yüksəlməsinə yönəlmiş əsas tədbirlərdəndir. Bu gün muxtar respublikada həyata keçirilən davamlı sosial-iqtisadi islahatların, o cümlədən əhalinin məşğulluğunun, sosial yardımın ünvanlılığının təmin edilməsinin məntiqi nəticəsidir ki, sakinlərin sosial rifah halı daha da yaxşılaşıb.

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlarla “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul olunub. Dövlət proqramlarının icrasına uyğun olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzinin, Uşaq Bərpa Mərkəzinin və Məhdud Fiziki İmkanlı Şəxslər üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyət göstərməsi bu kateqoriyadan olan şəxslərin müalicə və reabilitasiyasının təşkilində mühüm rol oynayır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil mərkəzinin yaradılması isə hərəkət qabiliyyəti məhdud olan şəxslərin təhsilə cəlbinə şərait yaradıb.

Qadın və gənclərlə bağlı dövlət siyasəti uğurla icra olunur

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirir, onların ictimai həyatda da iştirakını təmin edir. Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların rifah hallarının yüksəldilməsi üçün hər il istedadlı qadınların əl işlərindən ibarət yaradıcılıq müsabiqələri, sərgi-satışlar təşkil olunur, mədəni-kütləvi tədbirlərdə onların sənət əsərləri nümayiş etdirilir. Bu gün müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Naxçıvan qadınları onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edir, dövlət quruculuğunda, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edərək muxtar respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər.

Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasəti bu gün uğurla həyata keçirilir. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həll edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Ötən dövr ərzində muxtar respublikada Gənclər Mərkəzi, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, məktəb binaları, olimpiya idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının üzə çıxarılması, o cümlədən onların hüquq sahəsinə olan maraqlarının artırılması və gənclər arasında insan hüquq və azadlıqlarının təbliği məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə mütəmadi olaraq hüquq olimpiadaları və bilik yarışları, intellektual oyunlar həyata keçirilir.

Məhkumların saxlanma şəraiti beynəlxalq standartlara uyğunlaşdırılıb

Muxtar respublikada məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. 2008-ci ildə məhkumların və saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi ölkəmizdə ilk dəfə olaraq muxtar respublikada istifadəyə verilib. 2016-cı ildə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilib, məhkumlara xalçaçılıq və misgərlik sənəti üzrə kurslar təşkil olunub. Onların istehsalat sahəsində hazırladıqları əl işləri muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayiş etdirilib.

Miqrantların hüquq və azadlıqları qorunur

Miqrantların hüquq və azadlıqlarının qorunması və təminatı da diqqət mərkəzində saxlanılıb, saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Saxlanılması Mərkəzi istifadəyə verilib. Qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq mərkəzdə hər cür şərait yaradılıb, burada sosial-məişət otaqları, könüllü və məcburi saxlanılanlar üçün yataq otaqları, görüş, tibb, uşaq-əyləncə, yoxlama, sorğu, karantin, növbətçi və istirahət otaqları, yeməkxana, bərbərxana, ərzaq və əşya anbarları istifadəyə verilib.

Söz və fikir azadlığı təmin edilib

Muxtar respublikada azad mətbuatın fəaliyyət göstərməsi, söz və fikir azadlığının təmin olunması, sürətli internetə çıxış imkanlarının yaradılması insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Ötən dövrdə milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə Televiziya və Radio Şurasının yaradılması, 2012-ci ildə “Şərq qapısı” qəzetinin internet saytının fəaliyyətə başlaması, 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi üçün yeni internet saytın yaradılması və teleradio verilişlərinin internet üzərindən yayıma başlaması, 2018-ci ildə muxtar respublikanın ilk informasiya agentliyi olan “Nuhçıxan” İnformasiya Agentliyinin və onun internet saytının yaradılması, 2019-cu ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Ali Məclis Sədrinin mətbuata və kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğının parlaq təzahürü olmaqla yanaşı, həm də ictimai tribuna kimi insan hüquqlarının təminatı sahəsində görülən işlərin davamıdır.

Muxtar respublikanın iqtisadi inkişafı, sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin rifah halının getdikcə yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə geniş imkanlar yaradıb. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılır. Bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Beynəlxalq səyyahlar Şuşada

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq