Naxçıvan şəhərində dezinfeksiya tədbirləri davam etdirilir
Naxçıvan, 6 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin və xüsusi təyinatlı avtomobillərin iştirakı ilə Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolda, mərkəzin ətrafında, Duzdağ oteldə və Naxçıvan Şəhər Gömrük İdarəsində tibbi-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Duzdağ otelinin ərazisindəki mini futbol meydançalarında, sağlamlıq mərkəzlərində və yardımçı binalarda dezinfeksiya işləri aparılmaqla qabaqlayıcı profilaktik tədbirlər görülüb, avtomobil yolları isə xüsusi məhlulla yuyulub.
Muxtar respublikada dezinfeksiya tədbirləri davamlı olaraq həyata keçirilir və mütəmadi olaraq davam etdiriləcək.