RƏSMİ XRONİKA
NAXÇIVAN ŞƏHƏRİNDƏ YENİ SƏHİYYƏ MÜƏSSİSƏSİNİN TƏMƏLİ QOYULMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 3-də Naxçıvan şəhərində yeni səhiyyə müəssisəsinin - Doğum mərkəzinin təməlinin qoyulması münasibətilə mərasim keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzdə hamiləliyin patalogiyası, uşaq neonatalogiyası, reanimasiya və intensiv terapiya, anesteziologiya, fizioloji doğum, ginekoloji şöbələr, əməliyyat bloku, qadın məsləhətxanası və s. fəaliyyət göstərəcəkdir.
Prezident İlham Əliyev gilizi özülə ataraq, beton qarışığı tökdü.
######