Naxçıvan şəhərində yerləşən memarlıq abidələrinə baxış keçirilib





Naxçıvan, 7 mart, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən XVIII əsrə aid ölkə əhəmiyyətli memarlıq abidəsi İsmayıl xan hamamına, XII əsr memarlıq abidələri Möminə Xatın və Yusif Küseyiroğlu türbələrinə, XVIII əsrə aid məscid və türbə kompleksinə (İmamzadə kompleksi) baxış keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məqsəd abidələrin mövcud vəziyyətinin qiymətləndirilməsi, konservasiya və ya təmir-bərpaya ehtiyacı olub-olmadığının müəyyənləşdirilməsidir.