Naxçıvanda aqrar sahədə qabaqcıl təcrübənin tətbiqi ilə bağlı görüş keçirilib
Naxçıvan, 11 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində ölkəmizin aqrar sahədə ixtisaslaşan “4S” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayon və şəhər icra hakimiyyətləri nümayəndələrinin, həmçinin fermerlərin də iştirak etdiyi görüşdə kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqi barədə təqdimatlar edilib, interaktiv müzakirələr aparılıb. Bu sahədə ölkəmizdə, eləcə də dünyada tətbiq olunan qabaqcıl təcrübələr fermerlərin diqqətinə çatdırılıb. Müasir standartlara cavab verən suvarma sistemlərinin kənd təsərrüfatı məhsulları istehsalının artımında, həmçinin quraqlıqla mübarizədə mühüm rol oynamasından geniş bəhs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]