Naxçıvanda avtomobil qoyun sürüsünə çırpılıb
Naxçıvan, 14 noyabr, AZƏRTAC
Naxçıvan-Şahbuz magistral yolunda avtomobil qoyun sürüsünə çırpılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə magistral yolun Babək rayonunun Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "NAZ-Lifan" markalı avtomobil hərəkətdə olarkən sürüyə çırpılıb. Nəticədə 15-dən artıq qoyun tələf olub, avtomobilə ciddi ziyan dəyib.
İlkin məlumata görə, sürücü yola sürünün çıxması nəticəsində idarəetməni itirib və sürüyə çırpılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.