Naxçıvanda elektron monitorlardan vizual çağırış: “Biz birlikdə güclüyük!”, “Evdə qal!”
Naxçıvan, 6 aprel, AZƏRTAC
Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərindəki elektron monitorlarda, eləcə də “Təbriz” otelinin üzərində “Biz birlikdə güclüyük!” və “Evdə qal!” şüarları əks olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Təbriz” otelinin üzərində xüsusi lazer effektləri ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” fikri və “Evdə qal!” şüarı əks olunur.
Şəhərin Heydər Əliyev prospektində, İstiqlal küçəsində və digər ünvanlarda bu cür vizual çağırışların paylaşılmasında əsas məqsəd hazırkı məqamda dünyada pandemiya elan olunan virusla mübarizə çərçivəsində insanları evdə qalmağa səsləməkdir.