Naxçıvanda “Görmək gözəldir” adlı aksiya keçirilir
Naxçıvan, 15 aprel, AZƏRTAC
Naxçıvanda Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Görmək gözəldir” adlı aksiyaya start verilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində ilk müayinələr Ordubad rayonunun Dırnıs Ailə Sağlamlıq Mərkəzində həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gün ərzində 70-dən artıq vətəndaş oftalmoloji müayinədən keçib, müxtəlif göz patologiyalarının ilkin əlamətləri aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib. Müayinələr Naxçıvan Sağlamlıq Mərkəzinin təcrübəli oftalmoloq həkimləri tərəfindən aparılır.
Aksiya göz xəstəliklərinin erkən diaqnostikası və profilaktikasının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.