Naxçıvanda keçirilən Azərbaycan çempionatının dördüncü turu başa çatıb
Naxçıvan, 25 may, AZƏRTAC
Naxçıvanda təşkil olunan şahmat üzrə qadınlar arasındakı Azərbaycan çempionatında 4-cü turun nəticələri məlum olub. Bu turda qrossmeyster Ülviyyə Fətəliyeva (2301) beynəlxalq usta Gövhər Beydullayevanı (2263) sınağa çəkib. Görüş Gövhərin qələbəsi ilə başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, beynəlxalq usta Gülnar Məmmədova (2382) isə Səbinə Rzalı (1925) ilə xalları yarı bölüb. Qrossmeyster Zeynəb Məmmədyarova (2274) FIDE ustası Ləman Hacıyevanı (1982) məğlub edib.
FIDE ustası Ayan Allahverdiyeva (2088) ilə beynəlxalq usta Səbinə İbrahimovanın (2213) görüşündə “sülh” qeydə alınıb.
Naxçıvanlı şahmatçı Nazlı Hümbətova bu turda qrossmeyster Xəyalə Abdulla (2263) ilə görüşdə məğlub olub. Digər təmsilçimiz Nəsrin Babayeva (1704) isə Mələk İsmayılla (1997) “bacarmayıb”.
Turnir cədvəlinə hazırda 3,5 xalla Gülnar Məmmədova və Zeynəb Məmmədyarova başçılıq edirlər.
Beşinci turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:
Gülnar Məmmədova - Nazlı Hümbətova
Ləman Hacıyeva - Ayan Allahverdiyeva
Ülviyyə Fətəliyeva - Səbinə Rzalı
Xəyalə Abdulla - Zeynəb Məmmədyarova
Səbinə İbrahimova - Nəsrin Babayeva
Mələk İsmayıl - Gövhər Beydullayeva.