Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Naxçıvan, 10 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərində muxtar respublika təhsil işçilərinin sentyabr konfransı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.

Sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxıblar.

Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxış edərək bildirib ki, bu gün nazirliyin tabeliyində 269 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 210-u ümumtəhsil məktəbi, 20-si məktəbəqədər, 35-i məktəbdənkənar, 1-i xüsusi təhsil, 3-ü isə peşə təhsil müəssisəsidir. Naxçıvanda bu il ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada hər bir namizədə bərabər imkanlar yaradılmaqla və şəffaflıq təmin edilməklə keçirilən müəllimlərin işə qəbul üzrə müsabiqədə namizədlərdən 133-ü müəllim adını qazanıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə müsabiqənin test mərhələsinə 1667 namizəd dəvət olunub, onlardan 1341-i (80,4 faizi) imtahanda iştirak edib. Ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin sertifikasiya prosesi keçirilib, imtahanlarda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil (ingilis, rus, alman və fransız dilləri) və ibtidai sinif fənləri üzrə 366 müəllim iştirak edib ki, onlardan 153-ü 51 və daha yüksək bal toplayıb. Müəllimlərdən 2-si maksimum nəticə (60 bal) göstərib. Prosesdə 97,3 faiz davamiyyət qeydə alınıb, sertifikatlaşdırma imtahanında iştirak edən təhsilverənlərdən 91 faizi müəyyən olunmuş bal həddini keçərək uğur qazanıb.

Qeyd edilib ki, 2024-cü il şagird nailiyyətləri baxımından Naxçıvan təhsili üçün ən uğurlu illərdən biridir. Belə ki, buraxılış və qəbul imtahanlarında şagirdlər tərəfindən son 5 ilin ən yüksək nəticələri əldə edilib. Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən, imtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 4 şagird 300 bal toplamaqla ən yüksək nəticə göstərib. Bölgələr arasında da muxtar respublikanın ümumtəhsil məktəbləri ən yüksək göstəricilər baxımından ikinci yerdə qərarlaşıb. 292 şagirdin 250-300 bal intervalında nəticə göstərməsi şagirdlərin yüksək hazırlıq səviyyəsini təsdiqləyir.

Həmçinin 2023-2024-cü tədris ilində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə də buraxılış imtahanlarında 5 şagird 300 bal toplamaqla maksimum nəticə əldə edib. Eyni zamanda, fərqlənmə attestatı ilə məktəbi bitirən məzunların sayı da əhəmiyyətli dərəcədə artıb, ötən il ümumi və tam orta təhsil səviyyəsi üzrə 121 məzun fərqlənmə attestatı alıb, cari tədris ilində isə bu göstərici 3 dəfədən çox artaraq 390 nəfərə (253 tam (11 illik) orta, 134 ümumi (9 illik) orta təhsil səviyyələri üzrə) yüksəlib. 8 məzun qızıl, 1 məzun isə gümüş nişana layiq görülüb. Məzunlar qəbul imtahanlarında da bu missiyanı uğurla davam etdirərək ötən ilin nəticələrini geridə qoyublar. 2023-2024-cü tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrini bitirən məzunlardan 327-si 500-700 intervalında bal toplayıb. 2022-2023-cü tədris ilində isə 500-700 intervalında bal toplayan məzunların sayı 196 olub. Naxçıvanda 500-700 intervalında bal toplayan məzunların sayı ötən tədris ili ilə müqayisədə 67 faiz artıb.

Konfransda şagirdləri qəbul imtahanlarında yüksək nəticə göstərən Babək rayon Arazkənd ümumi orta məktəbinin müəllimi Dünya Əliyeva və Culfa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Ələkbərova çalışdıqları təhsil ocaqları üzrə qazanılan nailiyyətlərdən danışıblar.

Azərbaycan elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, araşdırmalar artıq XXI əsr şagirdlərinə faktların mexaniki əzbərlənməsi lazım olduğunu göstərir. Onlar istədikləri məlumatı internet vasitəsilə saniyələr sərf etməklə əldə edə və ondan istifadə edə bilir. Elm və texnologiyaların sürətli inkişafı həyatı nə qədər rahatlaşdırırsa, təsəvvür edə bilməyəcəyimiz bir çox problemləri də özü ilə birlikdə gətirir. Onların həlli üçün müəllimlərin qarşısında duran əsas məsələ şagirdlərə necə kömək etmək və onları düşünməyə necə cəlb etmək olmalıdır. Bir neçə ildən sonra tamamilə yeni peşələr olacaq. Bu gün elə gənclər formalaşmalıdır ki, “çərçivədən” kənar düşünmək, müstəqil təhsil almaq bacarıqları olsun, özünüinkişafı təmin etsin, öz intellektini artırsın.

Slayt vasitəsilə ölkəmizdə 2003-2023-cü illərdə təhsil infrastrukturunun təkmilləşməsindən söz açan nazir müavini qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil quruculuğu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə təhsil infrastrukturu tamamilə yenilənib, tədris şəraiti tam müasirləşdirilib. 2017-2022-ci illərdə bir milyondan çox şagirdin tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən 414 modul tipli məktəb tikilib istifadəyə verilib. 2023-cü ilin sonunadək ölkə ərazisində 1365 məktəb fiber-optik şəbəkəyə qoşulub, 2026-cı ilədək daha 1500 məktəbin fiber-optik şəbəkəyə qoşulması planlaşdırılır. Texnoloji təminatın ilbəil daha da yaxşılaşdırılmasının nəticəsidir ki, 2020-ci ildə 36 şagirdə 1 kompüter düşürdüsə, 2026-cı ildə bu say 6 şagirdə 1 kompüter təşkil edəcək.

Tədbirdə Naxçıvanda təhsil sahəsində görülən işlər, aparılan islahatlar, əldə olunan nəticələr, eyni zamanda, gələcəkdə təhsil sisteminin qarşısında duran vəzifələr ətraflı müzakirə edilib.

Konfrans Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin ifasında mahnı nömrələrinin səsləndirilməsi ilə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub