Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Bakı, 25 fevral, AZƏRTAC 

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztekin rəhbərliyi ilə Türkiyədən gəlmiş elm adamlarından ibarət nümayəndə heyətinin və azərbaycanlı tarixçi alimlərin iştirakı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a daimi nümayəndəlikdən məlumat verilib.

Tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, eyni zamanda, Azərbaycanda və Türkiyədə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Xocalı faciəsi haqqında ətraflı məlumat verərək, bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, Ermənistan silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Qeyd edilib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır, qəddar və müqayisəsiz cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlərboyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının daha bir dəhşətli təzahürü, məqsədli davamı idi.

“Tarixi həqiqətdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni şovinistlərinin, qaniçənlərinin öz himayədarları ilə birlikdə davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Onlar tarixi dədə-baba torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar həm də ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesi keçmiş Sovet İttifaqı dövründə də davam etmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan yüz minlərlə dinc azərbaycanlı bu ərazidən zorla qovulmuş, bununla da tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan uzun illər apardığı mənfur siyasətin nəticəsində məhz qədim türk torpağında monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri yüz illərdir ki, ağır zəhmətlə qurulmuş, yaradılmış doğma kəndlərimizin, şəhərlərimizin dağılması, on minlərə günahsız soydaşımızın ölümü ilə nəticələnmişdir. Hələ 1948-1953-cü illərdə keçmiş Sovet İttifaqı rəhbərliyinin qərarı ilə Ermənistandan 150 mindən çox azərbaycanlı deportasiya olunmuş və beləliklə, daha sonralar yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşmüşdür. Bütün insani dəyərləri tapdalayan, beynəlxalq hüququn normalarını ayaqlar altına atan Ermənistan sonralar ölkəmizin Dağlıq Qarabağ vilayətini özünə birləşdirmək üçün Xocalı soyqırımını törətməklə həm də bəşəriyyət tarixində rast gəlinməyən hərəkətlərə, görünməmiş cinayət və vəhşiliyə hazır olduğunu bütün dünyaya bir daha göstərmiş oldu”, - deyə Bəxtiyar Əsgərov bildirib.

Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı əsl fitnəkar, cinayətkar erməni siyasətinin nəticəsidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli qalanı, düşmən üçün böyük maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək və azərbaycanlıları qorxutmaq niyyəti idi. Beləliklə, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktını həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 487 nəfər şikəst oldu, 1275 dinc sakin -qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz erməni işgəncələrinə, təhqir və həqarətlərə məruz qaldı. 155 nəfərin taleyindən hələ də xəbər yoxdur. Xocalıda öldürülmüş soydaşlarımızın 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca idi. Bu amansız faciədə 8 ailə bütövlükdə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Vandal erməni caniləri bu faciə zamanı 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirmişlər. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Meyitlərin təhqir olunması isə erməni vandallarının insanlığa sığmayan vəhşiliyinin daha dəhşətli bir faktı idi”.

Bəxtiyar Əsgərov deyib: “Təəssüf edirik ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə nəinki siyasi qiymət verilməsinə nail olmamış, bu qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün belə heç bir real iş görməmişdir. Lakin Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq dövlət səviyyəsində siyasi-hüquqi müstəvidə qiymət verilmişdir. 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı müvafiq Fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı günü kimi qeyd edilməyə başlandı. Xocalı hadisələrini həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi adlandıran Heydər Əliyev şəhərin müdafiəçilərinin xidmətləri ilə bağlı ayrıca Sərəncam da imzalamış, soyqırımının ildönümü ilə bağlı tədbirlərin birində, xocalılılarla görüşdə bu hadisəni əsrin ən dəhşətli faciəsi adlandırmışdır. Ulu Öndər Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulayaraq demişdir: “Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Daimi nümayəndəliyin rəhbəri bildirib ki, Xocalı soyqırımı bütün azərbaycanlıların, dost, qardaş xalqların birgə dərdi, dünya erməniliyi tərəfindən törədilən vəhşiliklərsə bütün bəşəriyyət tarixinin qanlı cinayət səhifələridir. Məhz bu cür yanaşmadan sonra aparılan təbliğat öz nəticəsini vermiş və verməkdədir. Ümummilli Liderin səyi ilə faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etməyə başladı. Xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olundu. Nəticədə isə erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan bir çox həqiqətlərin üstünə işıq salındı. Ulu öndər Heydər Əliyev Prezident kimi fəaliyyətinin əsas hissəsini də ermənilərin işğalı altında olan torpaqların azad olunması məsələsinə həsr etdi. Azərbaycan həqiqətləri dünyaya çatdırıldı, beynəlxalq təşkilatların diqqəti regiona yönəldildi və Ermənistanın bölgədə apardığı təcavüzkar siyasət tamamilə ifşa olundu. Bu gün Xocalı soyqırımı dünyanın bir çox ölkələrində rəsmən tanınır və hər il soyqırımının ildönümləri qeyd edilir, bir çox xalqlar tərəfindən bu faciə açıq, qəti şəkildə pislənir, lənətlənir. Eləcə də bir sıra ölkələrin qanunvericilik orqanları Xocalı faciəsinin soyqırımı kimi tanınmasına dair tarixi qərarlar qəbul etməkdədirlər. Bəli, qeyd etdiyimiz kimi, dünya artıq qəbul edir ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. Bu cinayət cəzasız qalmamalıdır və əminik ki, qalmayacaq. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən, təbii ki, ittiham edilməlidir. Bəli, beynəlxalq təşkilatlar, daha çox ölkələr, onların parlamentləri bu gün Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətlərə, xüsusilə, Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verirlər və verməlidirlər.

Bəxtiyar Əsgərov faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətlərindən danışıb. Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mühüm işlərin görülməsindən danışmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində sərgilər, yürüşlər və digər tədbirlərin təşkil olunduğu qeyd edilmişdir.

Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət kursu, erməni qəsbkarlığının ifşası istiqamətində uğurlu addımları öz bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır qanlı cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bu günlərdə Almaniyanın Münxen şəhərində Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilmiş paneldə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi tarix dərsi, onu dünya ictimaiyyəti qarşısında tarixi faktlarla darmadağın etməsi Azərbaycanın haqlı, dəyişməz mövqeyinin əsl qələbəsi, xalqımızın sevdiyi və seçdiyi böyük liderinə olan sonsuz inamının, məhəbbətinin təntənəsi idi.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının ildönümləri respublikamızın hər yerində böyük izdihamlı yürüşlərlə, mitinqlərlə müxtəlif tədbirlərlə hər il qeyd edilir. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə paytaxt Bakıda soyqırımı qurbanlarının xatirəsi on minlərlə insanın yürüşü ilə yad edilir. Paytaxtın Azadlıq meydanından başlayan, nəhəng insan kütləsindən ibarət ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu ağlasığmaz cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə keçirilir.

Tədbir zamanı B.Əsgərov diqqətə çatdırıb ki, hər il olduğu kimi, Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində də dərin ehtiramla anılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müvafiq Sərəncamı ilə Naxçıvanda Xocalı soyqırımı qurbanlarına ucaldılmış Xatirə Kompleksi bu diyarın Xocalını heç vaxt unutmayacağını ifadə edir. Blokada şəraitində yaşayan naxçıvanlılar hər il Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Daimi nümayəndəliyin rəhbəri bildirib ki, bundan sonra da xalqımız və dövlətimiz tərəfindən Xocalı faciəsinin dünyada tanıdılması, nankor və məkrli qonşularımız olan ermənilərin iç üzünün aşkar edilməsi istiqamətində görülən işlər davam etdirilir və etdiriləcək. Azərbaycan xalqı ona qarşı həyata keçirilmiş erməni vəhşiliyini, erməni terrorizmini heç vaxt unutmayacaq. Ali Baş Komandanın əmri, Azərbaycan Ordusunun gücü və qüdrəti ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş doğma Dağlıq Qarabağ və ətraf ərazilərimiz düşmən tapdağından tezliklə azad olunacaq, soydaşlarımız zəbt edilmiş tarixi torpaqlarına - Dağlıq Qarabağa və ona bitişik yeddi rayona qayıdacaq, şəhidlərimizin qisası alınacaq və onların müqəddəs qanı yerdə qalmayacaq. Biz buna əminik ona görə ki, Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində bunu bir daha sübut edib”.

Tədbirdə tarixçi alimlər, professor Anar İsgəndərov və professor Musa Qasımlı çıxış edərək Xocalı faciəsinin türk xalqları tarixində ağır və dəhşətli bir soyqırımı aktı olduğundan bəhs ediblər. Qeyd olunub ki, bu qətliam təkcə türk dünyasına qarşı deyil, eyni zamanda, bütün dünyaya, insanlığa qarşı törədilmiş qanlı bir cinayətdir. Tarixən ermənilər tərəfindən türklərə qarşı törədilmiş kütləvi qırğınların acı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və erməni terrorizminə qarşı birgə mübarizə aparılmasında türk birliyinin, həmrəyliyinin vacibliyi vurğulanıb.

Türkiyəli qonaqlardan professor İbrahim Öztək Anadolu Aydınlar Ocağının adından daimi nümayəndəliyin rəhbərinə təşəkkürünü bildirib, dostluq və birlik rəmzi olan açıqcanı ona təqdim edib. İbrahim Öztək tərəfindən hazırlanmış, Xocalı soyqırımına həsr olunmuş videoslayd və Kərim Kərimovun erməni terrorizmini göstərən karikaturaları nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq