Naxçıvanın bəzi dağlıq ərazilərinə qar yağır
Naxçıvan, 7 aprel, AZƏRTAC
Aprelin 6-dan başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində yağmurlu və soyuq hava şəraiti hökm sürür.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, aprelin 7-də yağış yüksək dağlıq və dağətəyi ərazilərdə sulu qara və qara çevrilib. Hazırda muxtar respublikanın bəzi dağlıq ərazilərində qar yağır.