Nazir: Maliyyələşdirmə olmadan biz heç nəyə nail ola bilmərik
Bakı, 18 oktyabr, AZƏRTAC
Bu il Azərbaycan COP29-a sədrlik edəcək, eləcə də ümumilikdə qlobal proseslərə rəhbərlik edəcək. Gələcəkdə Azərbaycan bu prosesin ən fəal iştirakçısı olacaq.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən “Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu”nda çıxışı zamanı bildirib.
Nazir bildirib ki, maliyyə sektoru Azərbaycan iqtisadiyyatının inkişafının əsas mühərrikinə çevriləcək.
“Maliyyə sektoru bu işin əsas hərəkətverici qüvvəsi olacaq. Maliyyələşdirmə olmadan biz heç nəyə nail ola bilmərik. Bu il biz çox aydın şəkildə gördük ki, bütün məsələlər maliyyələşdirmədən başlayır və maliyyə sektorundan çox şey gözlənilir. Bizim banklardan və maliyyə institutlarından kreativ və müxtəlif təkliflər baxımından böyük gözləntilərimiz var”, - deyə nazir əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]