Nazir müavini: Bu il qeyri-neft sektoru 2,7 faiz artıb
Bakı, 28 fevral, Pərvanə Rəhimova, AZƏRTAC
Cari ilin ötən dövründə qeyri-neft sektoru 2,7 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Nazir müavini qeyd edib ki, ilin ötən dövrü ərzində ÜDM 2,9 faiz (5,9 milyard manat), adambaşına ÜDM-nin həcmi isə 2,1 faiz (601,1 manat) artıb: “Ölkədə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyalar 868,8 milyon manat təşkil edib”.