Nazir Rəşad Nəbiyev Naftalanda iki övladı şəhid olmuş ailəni ziyarət edib
Bakı, 11 aprel, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat (RİN) naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Naftalan rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.
RİN-dən AZƏRTAC-a bildirilib ki, nazir iki şəhid qardaş - I Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun ailə üzvləri ilə görüşüb.
Görüşdə yaxınları şəhidlərlə bağlı xatirələrini bölüşüb, onların keçdiyi rəşadətli döyüş yolundan danışıblar.