Nazirlik: Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır
Bakı, 17 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qurulan proaktiv mexanizm yalnız pensiya təyinatının deyil, pensiyanın yenidən hesablanmasının e-sistem üzərindən avtomatik həyata keçirilməsinə imkan yaradıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili tamam olduğu gün pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanaraq artırılır.
Onun pensiyaya çıxdıqdan sonrakı dövrdə işləyərək fərdi hesabında topladığı pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünür və yekun məbləğ pensiyasının üzərinə əlavə edilir.
Həmin proaktiv xidmət işləyən pensiyaçıların pensiyalarına artımların onların bunun üçün müvafiq quruma müraciət etməsinə ehtiyac qalmadan həyata keçirilməsini, prosesin operativ və vətəndaş məmnunluğuna uyğun icrasını təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]