Nazirlik qanunsuz ov edənləri cərimələdi
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 13-dən 16-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Siyəzən rayonunun Çarax kəndi ərazisində ov edən kənd sakinləri Rövşən Pircanov və Amil Quliyev saxlanılıb. Onlardan 2 ov tüfəngi, 12 patron götürülərək barələrində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.
Şərbətqobu ovçuluq təsərrüfatının ərazisində isə qanunsuz ovla məşğul olan Beyləqan rayonunun Mil qəsəbə sakini Namiq Məmmədov saxlanılaraq ondan 1 ov tüfəngi, 4 patron və 2 ovlanmış dovşan götürülüb. Qanun pozucusu barəsində akt və protokollar tərtib edilərək, 1200 manat məbləğində cərimə olunub.
Eyni zamanda, Bərdə, İmişli və Fizuli rayonları ərazisində qanunsuz ov edən 4 naməlum şəxs saxlanılıb. Faktla bağlı akt tərtib olunaraq həmin şəxslərdən 4 ov tüfəngi, 21 patron götürülüb.
Reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]