“NƏ?, HARADA?, NƏ VAXT?” İNTELLEKTUAL OYUNU ÜZRƏ V ÖLKƏ ÇEMPİONATI KEÇİRİLMİŞDİR
Çempionatın aparıcısı, suallar paketinin redaktoru “Nə?, Harada?, Nə vaxt?” Klubları Beynəlxalq Assosiasiyasının sertifikatlı hakimi Dmitri Borok (Rusiya) olmuşdur.
Yarışda Faiq Hüseynovun komandası birinci yeri tutaraq, avqustun 23-28-də Rusiyanın Kalininqrad şəhərində keçiriləcək “Nə?, Harada?, Nə vaxt” intellektual oyunu üzrə V dünya çempionatında ölkəmizi təmsil etmək hüququ əldə etmişdir. Bu komanda 2004-cü ildə dünya çempionatında 5-ci yeri tutmuşdu.
Ölkə çempionatında III yeri tutan Balakişi Qasımovun komandası isə 2004-cü ildə dünya çempionu olduğu üçün Beynəlxalq Assosiasiya tərəfindən yenidən bu mötəbər yarışa dəvət edilmişdir.