“NƏ? HARADA? NƏ ZAMAN” ZƏKA OYUNU ÜZRƏ ÜÇÜNCÜ DÜNYA ÇEMPİONATI BAKIDA KEÇİRİLƏCƏK
İyulun 28-də Musiqili Komediya Teatrında “Nə? Harada? Nə zaman?” zəka oyunu üzrə üçüncü dünya çempionatının açılışı olacaqdır. Planetimizin ən zəkalı komandası adı uğrunda dünyanın 16 ölkəsindən - ABŞ, Almaniya, İsrail, Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Gürcüstan, Rusiya, Moldova, Finlandiya, Özbəkistan, Bolqarıstan, Türkmənistan və Azərbaycandan 21 komanda mübarizə aparacaqdır. Ölkəmizi “Atəşgah” komandası təmsil edəcəkdir.
Tədbirin təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, Gənclər Təşkilatlarının Milli Şurası, Beynəlxalq “Nə? Harada? Nə zaman?” Klubları Assosiasiyasıdır.
Dünyanın ən zəkalı komandası iyulun 31-də müəyyənləşəcəkdir.
Xatırladaq ki, “Nə? Harada? Nə zaman?” oyunu üzrə dünya çempionatı paytaxtımızda artıq üçüncü dəfədir keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]