NEFT EMALI MÜƏSSİSƏLƏRİ MODERNLƏŞDİRİLİR
-Bu müəssisələrin işə düşdüyü vaxtdan onilliklər keçir. Təbiidir ki, ötən dövr ərzində intensiv rejimdə işləyən həmin zavodlarda qurğu və avadanlığın bir hissəsi, habelə texnologiya köhnəlmişdir və bugünkü tələbata cavab vermir. Hazırladığımız layihələr məhz bu qüsurları aradan qaldırmaq məqsədi daşıyır. Hər iki müəssisə modernləşdirilərkən neft emalı sənayesinə aid son elmi-texniki nailiyyətlərdən, mütərəqqi texnologiya və müasir avadanlıqdan geniş istifadə olunur. Modernləşmə bu zavodların istehsalat sahələri arasında qarşılıqlı əlaqəni möhkəmləndirməyə, neftin səmərəli emalını təşkil etməyə, emal dərinliyini artırmağa, itkiləri azaltmağa, həm də neft məhsullarının keyfiyyətini yüksəltməyə imkan verəcəkdir.