Azərbaycan Dövlət İnformasiya Agentliyi

NEFT FONDU AZƏRBAYCANIN GƏLƏCƏK SÜRƏTLİ İNKİŞAFININ TƏMİNATÇISIDIR

Bakı, 13 fevral (AZƏRTAC). Artıq fəaliyyətinin 11- ci ilinə qədəm qoymuş və fəaliyyət göstərdiyi müddətdə beynəlxalq səviyyədə tanınan təşkilata çevrilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) diqqətəlayiq nailiyyətləri ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli neft strategiyasının uğurlu nəticəsidir.

Ulu öndərimizin dahiyanə uzaqgörənliklə işləyib hazırladığı və reallaşdırmağa başladığı, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən neft strategiyasının əsası ölkənin daxili imkanlarının səfərbər olunması, zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsi prinsipindən ibarətdir. Bu strategiya xarici sərmayənin cəlb olunmasını, təcrübənin tətbiqini, çoxvariantlı ixrac sisteminin yaradılmasını, neft gəlirlərinin şəffaf idarə və istifadə edilməsini nəzərdə tutur.

Dövlət Neft Fondu 1999-cu ildə ulu öndər Heydər Əliyevin qərarı ilə yaradılmışdır. Ötən müddətdə xalqımızın milli sərvəti olan neft gəlirlərinin idarə olunması sahəsində uğurlar qazanılmışdır. Qurum yeni yaradılan zaman 271 milyon ABŞ dollarına bərabər olan büdcəsi bu gün təqribən 15 milyard ABŞ dollarına çatmışdır. Bu fakt ümummilli liderimizin adı ilə bağlı olan yeni neft strategiyasının Azərbaycanın gələcək sürətli inkişafına hesablandığını bir daha təsdiq edir.

Fondun Əsasnaməsinə uyğun olaraq, 2001-2009-cu illərdə ölkədə neft sektoru ilə yanaşı, infrastruktur sahələrinin, habelə qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. ARDNF-nin vəsaiti hesabına mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsi təmin edilmişdir. 2001-2009-cu illərdə ARDNF tərəfindən dövlət büdcəsinə transfert, mühüm sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsinə 12 milyard 323 milyon 600 min manat vəsait yönəldilmişdir. Bu müddətdə neft gəlirlərindən əldə olunan vəsaitin 10 milyard 265 milyon manatı dövlət büdcəsinə transfert edilmiş, qalan 2 milyard 58 milyon 600 min manat isə sosial və infrasruktur layihələrinin maliyyələşdirilməsinə, o cümlədən 612,9 milyon manat qaçqınların və məcburi köçkünlərin məskunlaşmasına, 297,9 milyon manat Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinə, 547,4 milyon manat Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinə, 364,5 milyon manat Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına, 48,1 milyon manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinə, 90 milyon manat Azərbaycan İnvestisiya Şirkətinin Nizamnamə kapitalının formalaşdırılmasına, 87,6 milyon manat Azəri-Çıraq-Günəşli yataqlarının birgə işlənməsi üzrə layihədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının tənzimlənməsinə, 10,2 milyon manat “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilmişdir.

2009-cu ildə bu istiqamətdə görülmüş işlər diqqəti xüsusi cəlb edir. Ötən il Neft Fondunun büdcə gəlirləri 8 milyard 176,7 milyon manat, büdcə xərcləri isə 5 milyard 294,5 milyon manat təşkil etmişdir. ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 870,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 702,6 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi üzrə dividendlərdən 156,8 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat, bonus ödənişləri 0,8 milyon manat və xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,6 milyon manat təşkil etmişdir. İl ərzində Neft Fondunun vəsaitlərinin idarə edilməsindən götürülən gəlir 305,9 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı büdcədənkənar gəlirlər 97,6 milyon manat olmuşdur.

Qurumun büdcəsinin icrası çərçivəsində 4 milyard 915 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. İl ərzində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsinə isə müvafiq olaraq 130 və 120 milyon manat vəsait sərf edilmişdir.

Ötən il fondun vəsaitindən 22,1 milyon manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. Bundan əlavə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 7,9 milyon manat vəsait ayrılmışdır. İl ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 9,6 milyon manat olmuşdur.

2010-cu il yanvarın 1-nə Neft Fondunun aktivləri 2009-cu ilin əvvəlinə (11 milyard 219,2 milyon ABŞ dolları) nisbətən 32,8 faiz artaraq 11 milyard 966,5 milyon manata (14 milyard 900,4 milyon ABŞ dolları) çatmışdır.

Yaradıldığı gündən şəffaflıq Dövlət Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən biri olmuşdur. Xarici şirkətlərlə hasilatın pay bölgüsü sazişlərinin imzalanması və bu müqavilələrin açıq şəkildə həyata keçirilməsi neft sərvətlərinin idarə edilməsində şəffaflığın qurulmasına doğru ilk addım olmuşdur. Fondun dünya sisteminə uğurlu inteqrasiyası neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübənin tətbiqinə yol açmışdır.

Hazırda Dövlət Neft Fondu institusional cəhətdən və şəffaflığın təmin edilməsi baxımından inkişaf etmiş, müasir standartlara cavab verən beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilmiş, Azərbaycanın dünyada nüfuzunun artmasına xidmət edən nailiyyətlər qazanmışdır.

Yaranmasından bəri Dövlət Neft Fondunun ən böyük uğurlarından biri Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində fəal iştirak etməsi ilə bağlıdır. 2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT üzrə 1-ci beynəlxalq konfransda Azərbaycan bu beynəlxalq təşəbbüsə qoşulduğunu bəyan etmişdir. 2007-ci il sentyabrın 27-də Norveçin paytaxtı Oslo şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 3-cü iclasında Azərbaycana namizəd statusu verilmişdir. Ötən ilin fevralında Qətərin paytaxtı Doha şəhərində MHŞT üzrə növbəti beynəlxalq konfransda MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanın MHŞT-nin tamhüquqlu üzv statusunu təsdiq etmişdir. Azərbaycan MHŞT-ni tətbiq edən və Norveç də daxil olmaqla namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv satusunu almış ilk ölkə olmuşdur. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olmasına və bu beynəlxalq təşəbbüsün tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilmişdir.

Şəffaf fəaliyyətinin nəticəsi olaraq, 2007-ci ildə ARDNF “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə “BMT-nin Dövlət Qulluğu Mükafatı”na da layiq görülmüşdür. ARDNF Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında bu mükafatı alan birinci dövlət qurumudur.

ARDNF-nin istər neft gəlirlərinin ölkənin ümummilli problemlərinin həllində, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasında və yenidən qurulmasında istifadə olunması, istərsə də idarə edilməsində şəffaflığın təmin edilməsi istiqəmətində qazandığı böyük uğurlara dünyanın digər neft ölkələrində fəaliyyət göstərən analoji qurumlar, sözün əsl mənasında, həsəd apara bilərlər. Yarandığı gündən Azərbaycanın inkişafına və tərəqqisinə xidmət edən Dövlət Neft Fondunun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qazandığı uğurlar bu qurumun hələ uzun illər xalqımıza sədaqətlə xidmət edəcəyini deməyə bir daha əsas verir.

Əhməd MƏMMƏDOV

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlara qeydiyyat başlanıb

Ağakərim Səmədzadə: Metan emissiyalarının azaldılması yalnız iqlim sahəsinə deyil, digər istiqamətlərə də fayda verir

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan

Azərbaycanın enerji modeli böhranlar dövründə dayanıqlılıq nümunəsidir ŞƏRH

Azərbaycanın kibertəhlükəsizlik sistemində yeni mərhələ: MKA fəaliyyətə başlayır