NEFT HASİLATI 2 DƏFƏ ARTMIŞDIR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, ötən il ölkə üzrə 22 207,9 min ton xam neft hasil edilmişdir. Bunun 8 milyon 700 tonu ARDNŞ-in, qalan hissəsi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) və özəl sektorun payına düşür. İstehsal olunmuş 5 675,2 min kubmetr qazın 3 827,2 min kubmetrini ARDNŞ-in müəssisələri, qalan hissəsi qeyri-dövlət sektorunda çıxarılmışdır. 2004-cü illə müqayisədə neft hasilatı 142,9 faiz, qaz hasilatı 114, 7 faiz artmışdır. Artım ABƏŞ-in “Əsrin müqaviləsi” layihəsi üzrə fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, keçən il şirkət 13,2 milyon ton neft, 1,7 milyon kubmetr qaz hasil edərək hər iki göstəricini 2 dəfədən çox artırmışdır.