NEFT MƏHSULLARINA TƏLƏBAT ARTMIŞDIR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, ötən il istehlakçılara 7 milyon ton neft məhsulları göndərilmişdir. Bunun 43 faizini mazut, 30 faizini dizel yanacağı, 13 faizini avtomobil yanacağı, 11 faizini aviasiya yanacağı təşkil etmişdir. Bu məhsulların 69 faizi daxili bazarın tələbatının ödənilməsinə sərf edilmiş, 31 faizi ixrac olunmuşdur. 2004-cü illə müqayisədə daxili istehlak 16,9 faiz, ixrac 10,2 faiz artmışdır.