Neft-qaz sektoruna 5,2 milyard manat yönəldilib
Bakı, 16 dekabr, AZƏRTAC
Yanvar-noyabr aylarında neft-qaz sektoruna 5 milyard 212 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 8,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 11 ayda neft-qaz sektorunda 19 milyard 317,6 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 6,4 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 6,5 faiz geriləyib.
Sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda istehsal edilib. Noyabrda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 101 faiz olub.
Noyabrın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər çalışıb. Yanvar-oktyabr aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3360,6 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]