NEFT VƏ QAZ ÇIXARMA İDARƏLƏRİ HASİLATI ARTIRMIŞLAR
Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə neft və qaz çıxarma idarələri (NQÇİ) 7973,3 min ton neft hasil edərək, illik proqnozu 100,7 faiz yerinə yetirmiş, dövlətə nəzərdə tutulandan 61,4 min ton çox neft təhvil vermişlər.