Neftçalada kartof sahələrindən 932 ton məhsul yığılıb
Neftçala, 25 iyul, Mahir Babayev, AZƏRTAC
Neftçalada kartof yığımı davam edir. Əkinçilər indiyədək sahələrdən 932 ton kartof toplayıblar.
Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il Neftçalada 140.4 hektar sahədə kartof becərilib. Torpaq mülkiyyətçiləri becərdikləri bitkiyə nümunəvi qulluq etdiklərindən sahələrdən bol məhsul yetişib. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri sahələrin məhsulunu toplamağa başlayıblar. Qısa müddətdə 110.4 hektar sahədən 932 ton kartof toplanılıb. Hər hektarın məhsuldarlığı 84.4 sentner təşkil edir. Həmçinin fermerlər 185.7 hektar bostan sahəsinin 39 hektarından 179 ton bostan məhsulları toplayıblar.
Rayonda məhsul yığımı davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]