“Neftçi” – “Qarabağ” oyununda vurulan hər iki qol yubileylə əlamətdar olub
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” - “Qarabağ” matçında vurulan hər iki qol yubileylə əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi görüşdə həm iki komanda arasındakı Azərbaycan derbilərinin, həm də mövsümün əlamətdar qolu vurulub.
Hesabı açan Olavio Juninyo “Neftçi” və “Qarabağ”ın Azərbaycan çempionatlarındakı duellərində 200-cü qolun müəllifi olub. 92 dəfə üz-üzə gələn rəqiblərin oyunlarında artıq 201 qol qeydə alınıb. Ağdam klubu 118, “Neftçi” 83 dəfə fərqlənib. Derbilərin orta məhsuldarlığı 2,18-dir.
Redon Cicanın bakılıların qapısından keçirdiyi top isə mövsümdə 100-cü olub. I dövrənin baş tutan 44 matçında 100 qol vurulub. Orta məhsuldarlıq 2,27-yə bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]