“Neftçi” – “Speranta” matçının hakimləri müəyyənləşib
Bakı, 15 iyul, AZƏRTAC
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsində Bakının “Neftçi” və Moldovanın “Speranta” komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək hakimlər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Yulian Vaynbergerin köməkçiləri həmyerliləri Maksimilian Kolbiç və Mixael Nemets olacaqlar. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
İyulun 18-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Speranta” matçı saat 21:00-da başlayacaq. Moldovada keçirilən ilk görüşdə “Neftçi” 3:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]