“Neftçi” klubu Antalyada Rusiya, Ukrayna və Rumıniya klubları ilə qarşılaşacaq
Bakı, 16 dekabr, AZƏRTAC
Bakının “Neftçi” futbol klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, istirahətə buraxılan komandanın üzvləri iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər. Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.
Yanvarın 17-dən 31-dək Antalyada olacaq komandamız Bələkdə yerləşən "Alva Donna" otelində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək. “Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Komandamız yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, üç gün sonra Rumıniyanın “Konkordiya” və Ukraynanın “Çernomorets”, yanvarın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə qarşılaşacaq.
Təlim-məşq toplanışı çərçivəsində yanvarın 30-da nəzərdə tutulan görüşdəki rəqib isə dəqiqləşməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]