“Neftçi” klubu argentinalı futbolçu ilə müqavilə imzalayıb
Bakı, 6 sentyabr, AZƏRTAC
“Neftçi” futbol klubu növbəti transferini gerçəkləşdirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, paytaxt təmsilçisi argentinalı Lukas Melano ilə rəsmi müqavilə bağlanıb.
Otuz yaşlı forvard yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək. Daha sonra müqavilənin detalları haqqında ətraflı məlumat veriləcək.
Qeyd edək ki, sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]
“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır
- 30.09.2026 [09:25]
Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]