“Neftçi” klubu soydaşlarımıza müraciət ünvanlayıb
Bakı, 18 iyul, AZƏRTAC
“Neftçi” futbol klubu Makedoniya və yaxınlığındakı ölkələrdə yaşayan azərbaycanlılara müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciət Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Skopyedə keçiriləcək “Şkendiya”-“Neftçi” matçı ilə əlaqədar ünvanlanıb.
“Hər matçda olduğu kimi, bu oyunda da komandamızın azarkeş dəstəyinə ehtiyacı var. Bu səbəbdən Makedoniya və ona yaxın ölkələrdə yaşayan həmvətənlərimizi “Şkendiya” - “Neftçi” matçına dəvət edirik. Oyuna gələcək azarkeşlər "Neftçi” tərəfindən biletlə təmin olunacaqlar", -deyə müraciətdə bildirilir.
Qeyd edək ki, iyulun 21-də “Filip II Makedonski” stadionunda keçiriləcək “Şkendiya” - “Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]