“Neftçi”nin qadın komandası Çempionlar Liqasında mübarizəyə başlayır
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan çempionu “Neftçi”nin qadın futbolçulardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə ilk oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin 1-ci qrupunun yarımfinalında Monteneqronun “Buduçnost” komandası ilə qarşılaşacaq. Görüş Yunanıstanın Veria şəhərindəki stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Bu cütün qalibi Yunanıstanın PAOK və İsrailin “Hapoel” (Yerusalim) komandaları arasında keçiriləcək digər yarımfinal matçının qalibi ilə üz-üzə gələcək. Finalın qalibi UEFA Qadınlar Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]