“Nəqliyyat könüllüləri” koronavirus infeksiyasının profilaktikasına dair təlimat broşürləri və maskalar paylayıblar
Bakı, 18 iyun, AZƏRTAC
“Nəqliyyat könüllüləri” bu dəfə metronun “20 Yanvar” stansiyası ətrafında yerləşən avtobus dayanacaq məntəqələrində vətəndaşlara koronavirus infeksiyasının profilaktikasına dair təlimat broşürləri və maskalar paylayıb, eləcə də sərnişinləri maarifləndiriblər.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, aksiya mütəmadi olaraq davam etdiriləcək, “Nəqliyyat könüllüləri” səhər və axşam pik saatlarda daha çox sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaqlar.