NƏQLİYYATÇILARIMIZ ASTANADA KEÇİRİLƏCƏK BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏKLƏR
Nəqliyyat Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfransda Avropa, Asiya, Baltikyanı və MDB ölkələrinin nəqliyyat strukturlarının, eləcə də, beynəlxalq nəqliyyat və maliyyə qurumlarının nümayəndələri iştirak edəcəklər.
İki gün davam edəcək tədbirdə ölkəmizi Nəqliyyat Nazirliyinin avtonəqliyyatservis departamentinin rəisi Çingiz Baxışovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcəkdir. Konfransda Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşması istiqamətində görülən işlər, MDB ölkələrinin nəqliyyat bölməsinin inkişaf etdirilməsi, bu bölgədə nəqliyyatın ayrı-ayrı sahələrindən istifadə və digər məsələlər müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]