Nərimanovun xatirə muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
Bakı, 20 aprel, AZƏRTAC
Nəriman Nərimanovun xatirə muzeyində 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Bir abidə - Bir hekayə ” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ictimaiyyət nümayəndələri və muzey əməkdaşları iştirak ediblər.
Tədbirdə bu günün təsis tarixindən, işğaldan azad olunan ərazilərdə yerləşən tarixi abidələrdən, o cümlədən muzeylər haqqında məlumat verilib. Bildirilib ki, tarixi abidələrin yalnız maddi irs nümunəsi kimi deyil, həm də hər birinin özünəməxsus hekayə və mənəvi dəyər daşıyıcısıdır.
Daha sonra Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında mahnılar səsləndirilib.