Netanyahu: İran ballistik raket istehsalına yenidən başlayır
Bakı, 31 dekabr, AZƏRTAC
İsrailin Baş naziri Binyamin Netanyahu İranın ballistik raket istehsalını bərpa etdiyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, “Fox News” telekanalında yayımlanan müsahibə zamanı yəhudi dövlətinin hökumət başçısına İranın ballistik raket və nüvə potensialını bərpa etməkdə nə qədər irəlilədiyi barədə sual ünvanlanıb.
Netanyahu bildirib: “Hər iki sahədə onları əhəmiyyətli dərəcədə geri çəkmişik, lakin onlar yenidən cəhd göstərəcəklər”.
Baş nazirin sözlərinə görə, İranın Fordodakı nüvə obyektinin məhv edilməsindən sonra Tehran nüvə proqramını digər obyektlərdə yenidən qurmağa çalışır. O əlavə edib ki, İran eyni zamanda ballistik raketlərin istehsalı üçün nəzərdə tutulan obyektləri də bərpa etməyə çalışır və artıq istehsala qayıdıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]