“NETTU-2006” MÜSABİQƏSİ BAŞLANIR
Təşkilat komitəsinin üzvü Zaur Zeynalov müsabiqənin qaydaları barədə ətraflı məlumat vermiş və bildirmişdir ki, şərtlərə əsasən, iştirakçıların və virtual münsiflər heyətinin qeydiyyatı yanvarın 9-dan fevralın 28-dək davam edəcəkdir. Martın 1-dən 15-nədək isə həmin heyətin səsverməsi olacaqdır. Hər nominasiya üzrə 3 qalib müəyyənləşdiriləcəkdir.
Martın 16-dan münsiflər heyətinin seçimi əsasında informasiya texnologiyaları sahəsində görkəmli şəxslərdən təşkil olunmuş Nettu veb-akademiyası öz səsverməsinə başlayacaqdır.
Müsabiqənin qalibləri aprelin əvvəlində bəlli olacaqdır. Həmin mərasimdə müsabiqədənkənar “Milli informasiya texnologiyalarının inkişafında xidmətlərinə görə” nominasiyası üzrə qalib də elan ediləcəkdir.
Müsabiqənin baş sponsoru ölkənin ən böyük telekommunikasiya operatoru olan “AzEuroTel” şirkətidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]
“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb
- 08.10.2026 [13:12]