Nikolay Baskov ad gününü Bakıda möhtəşəm konsertlə qeyd edib
Bakı, 16 oktyabr, AZƏRTAC
Rusiyanın “qızıl səsi” və Xalq Artisti Nikolay Baskov ad gününü Bakıda möhtəşəm konsert proqramı ilə qeyd edib.
AZƏRTAC xəbər verir ki, musiqi gecəsi oktyabrın 15-də “Baku Crystall Hall”da keçirilib. Unikal, parlaq və möhtəşəm yubiley şousu “İqra” adlanıb.
Müğənninin istedadının pərəstişkarları irihəcmli dekorasiyalar, fantastik kostyumlar, unudulmaz səhnə effektlərini izləyiblər. Proqrama onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları da daxil edilib.
N.Baskovun konserti Bakıda payız mövsümünün ən önəmli mədəniyyət hadisələrindən biri olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]