“NN Group” MMC tikinti şirkətinin əsas məqsədi dəqiqlik və keyfiyyətdir
Bakı, 7 iyun (AZƏRTAC). Bakı Sərgi Mərkəzində təşkil olunmuş XX yubiley Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisinin iştirakçılarından biri də Azərbaycanın “NN Group” MMC tikinti şirkətidir.
Şirkətin nümayəndəsi Rəsul Aslanov AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, 2008-ci ildən fəaliyyətə başlayan MMC kiçik tikinti işlərindən tutmuş, iri komplekslərin inşasında da təcrübəyə malikdir.
Şirkətin mütəxəssisləri qabaqcıl texnologiyadan istifadə etməklə beynəlxalq standartlara uyğun layihələr həyata keçirir. Buraya lisenziya sənədlərinin hazırlanmasından başlayaraq, obyektin istismara verilməsinə kimi bütün tikinti-montaj işləri daxildir. Müştəri və tərəfdaşlarla işdə əsas məqsəd dəqiqlik və keyfiyyətdir.
R.Aslanov, həmçinin əlavə etmişdir ki, MMC “CLC Caspian”, “DİA Holdinq”, “Akkord”, “Azəriqaz” İB və “Azərsu” ASC kimi tərəfdaşları ilə də sıx əməkdaşlıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]