NOBEL MÜKAFATI LAUREATI ABŞ PREZİDENTİNİ ÖLDÜRMƏK İSTƏYİR
Şagirdlər bu sözləri alqışlarla və dəstəkləyici şüarlarla qarşılamışlar.
Xanım Uilyams Brisbeyndə keçirilən “Yer kürəsi haqqında dialoqlar” forumunda çıxış etmişdir. Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin keçirdiyi forumun mövzusu təhsil problemləri və gənclərin hüquqlarıdır.
Nobel sülh mükafatı laureatı öz emosional nitqini müxtəlif ölkələrdə hərbi əməliyyatlar zamanı günahsız uşaqların qırılmasına həsr etmişdir. O demişdir: “Nobel sülh mükafatını necə aldığıma özüm də təəccüblənirəm. Çünki qan içində can verən uşaqları gördükdə mənim hiddətim hər cür həddi keçir, qəzəbdən özümə yer tapa bilmirəm”.
Betti Uilyams Nobel sülh mükafatına 30 il əvvəl layiq görülmüşdür, çünki Şimali İrlandiyada zorakılığı dayandırmağa çağıran petisiyanın təşəbbüsçüsü idi. Uilyamsın belə addım atmasına onun öz gözləri ilə gördüyü faciə səbəb olmuşdur. 1976-cı ilin avqustunda Britaniya əsgərləri İrlandiya Respublika Ordusunun üzvünü öz avtomobilinin sükanı arxasında güllələdikdən sonra maşın yoldan sərpərək, anası ilə gəzintiyə çıxan üç uşağı basmışdır. Bu hadisədən sarsıntı keçirən Uilyams qapı-qapı düşərək, sülh petisiyasına imzalar toplamışdır.
Keçmiş katibənin hazırda başçılıq etdiyi beynəlxalq qeyri-hökumət təşkilatının fəaliyyəti uşaqların siyasi hüquqlarının qorunmasına yönəldilmişdir.